TƏBİB tibbi maskalarla bağlı vətəndaşlara müraciət etdi – FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qoruyucu tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, maskanı taxmazdan öncə əllər ən azı 20 saniyə su və sabunla yuyulmalıdır. Lakin su və sabun olmasa, 20-30 saniyə spirt əsaslı antiseptik ilə dezinfeksiya edilməlidir. 

Maska qatlı hissəsi çöl tərəfdə qalaraq üst tərəfindəki metal lent burun üzərinə gətirilərək taxılmalıdır. 

XALQ.AZ