Təbrizdə 28 May – Respublika Günü qeyd olunacaq

bayraq

Azərbaycanın Təbrizdəki baş konsulluğunun təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçiriləcək.

Baş konsulluqdan bildirilib ki, tədbirdə İranın dövlət və hökumət nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, şəhər ictimaiyyətinin və mətbuat təmsilçiləri iştirak edəcəklər.

Mərasimin rəsmi hissəsində Azərbaycan Respublikasının dövlətçilik tarixi və keçdiyi inkişaf yolu, Heydər Əliyevin xilaskarlıq missiyası və onun müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticələri barədə məlumat veriləcək.

Tədbirdə sənədli film nümayiş etdiriləcək, iştirakçılara Azərbaycan həqiqətləri barədə əyani vəsait paylanacaq.