Tədris ilinin başlama tarixi açıqlandı

2019-2020-ci tədris ilinin ilk dərs günü sentyabrın 16-da olacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, Bilik Günü – 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün tədris ilinin ilk günü 16 sentyabr hesab ediləcək.

Bununla əlaqədar orta məktəblərdə dərslərin keçirilməsinə sentyabrın 16-dan başlanacaq.

Qeyd edək ki, Azərbaycanda tədris ili adətən 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır.

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın gedəcəyi gözlənilir.

Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.