Təfəkkür” Universitetinə qarşı “qara piar”

 

25

03.09.2014-cü il tarixdə Xalq.az informasiya agentliyində “Rektordan pulumu tələb edirəm” sərlövhəli yazı dərc olunub. Sözügedən yazı “Təfəkkür” Universitetinə tələbə köçürmələrilə bağlı 2011-ci ildə həbs olunmuş işçisi Riyad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin keçirdiyi mətbuat konfransında səsləndirilmiş fikirlər əsasında hazırlanmışdı. Yazı dərc olunduqdan sonra XALQ.AZ olaraq mövzuyla bağlı araşdırma apardıq və mətbuat konfransında səsləndirilən ittihamların əsassız olduğu aşkarlandı. Odur ki, saytımızda da yer almış həmin ittihamların əslində “Təfəkkür” Universitetinin ictimai rəydəki nüfuzuna zərbə kimi düşünüldüyünü ehtimal edir və oxucularımıza bildiririk ki, araşdırmalarımız nəticəsində səslənən ittihamlar öz təsdiqini tapmayıb. Bu və bu kimi təsdiqlənməyən və reallığı əks etdirməyən fikirlərin “Təfəkkür” Universitetinə qarşı “qara piar” kampaniyası olduğunu düşünürük.