Təhlükəsizlik Şurasının təcili iclası keçirlir – Qarabağa məsələsi

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, – o qeyd edib.