Təhsil İdarəsi yayılan görüntülərə aydınlıq gətirdi

Xırdalan 1 və 9 saylı məktəbin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin ibtidai sinif müəllimlərinə qızıl zinət əşyası hədiyyə etmələrinə dair yayılan görüntülərə aydınlıq gətirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, faktla bağlı araşdırma davam etdirilir.

“İlkin məlumat belədir ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü və istəyi əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur. Həmçinin bu hadisə dərs zamanı deyil, dərsdənkənar olub. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun şəxsi təşəbbüsləri olduğunu ifadə ediblər” – deyə cavabda qeyd olunub.

 

 

 

apa