Tələbələr aksiyaya başladı

 

41

Azərbaycanda daha bir universitetin tələbələri aksiya keçirir

Azərbaycanda daha bir universitetin tələbələri aksiya keçirir.

 

APA-nın xəbərinə görə, özəl universitetlərdən olan “Azərbaycan” Universitetinin tələbələri imtahanların yazılı şəkildə keçirilməsinə etiraz edirlər. Tələbələr imtahanların yazılı şəkildə keçirilməsinin əlavə neqativ hallara səbəb olacağını deyirlər.

 

APA-nın məsələ ilə bağlı universitet təmsilçilərinin mövqeyini öyrənmək cəhdi alınmayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də imtahan qaydalarının dəyişdirilməsinə etiraz ediblər.