Tələbələr Bakını tərk edir

 

3

Qurban bayramı ilə əlaqədar dəmir yolu vağzalında və beynəlxalq avtovağzalda sıxlıq yaşanır

 

Qurban bayramı ilə əlaqədar Bakıdan bölgələrə gedənlərin sayında artım müşahidə olunur. Şəhəri tərk edənlərin arasında əsasən tələbələr üstünlük təşkil edir. Sərnişinlər əsasən avtobus və qatarlara üstünlük verdiyindən, Dəmir yolu vağzalında və beynəlxalq avtovağzalda sıxlıq yaşanır.

Bununla yanaşı bayram tətili ilə əlaqədar bir gün əvvəldən asan bilet tapanlar da var idi.

Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, bütün istiqamətlərə biletlər 10 gün əvvəldən satılır və bayram günlərində sıxlığın aradan qaldırılması üçün əlavə marşrutlar yaradılır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Yük və sərnişindaşıma” Departament işçiləri də gücləndirilmiş iş rejimində çalışacaqlar. Bunun üçün artıq bilet satışı, eləcə də, sıxlığın aradan qaldırılması üçün əlavə tədbirlər görülür.

Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əziməmmədov: “Bayram günlərində sərnişin sıxlığı çox olur. Bu sıxlığı aradan qaldırmaq üçünnn Sərnişindaşıma Departamenti həmişə olduğu kimi vaqonlar hazırlayıb. Bayram günlərində əgər sıxlıq yaranarsa əlavə vaqonlar qoşulacaq”.

Nadir Əziməmmədov onu da bildirdi ki, son günlər onlayn bilet sifarişi xidmətindən istifadə edənlərin sayında da artım va