Təmas xəttində monitorinq keçiriləcək

25

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. 
Xalq.az  Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirəcəklər.

  • See more at: http://axar.az/news/22616#sthash.jKOC0Y4q.dpuf