Təranə əməliyyat etdirdi (FOTO)

T-1

Son zamanlar plastik əməliyyat dəbi yenidən geri dönüb. XALQ.AZ-ın məlumatına görə, məşhur simalar arasında əməliyyata daha bir xanım üz tutub.

Belə ki, artıq xeyli müddətdir ki, burnundan narazıçılıq edən prodüser Təranə Səmədova plastik əməliyyat etdirib. Bu barədə prodüser sosial şəbəkədə söhbət açıb. O bildirib ki, xeyli götür-qoydan, verilən məsləhətlərdən sonra bıçaq altına yatmaq haqqında qərar verib. Onu daha çox narahat edən səbəb isə profil şəkillərdə burnunun xoşagəlməz görünməsi və bu barədə ona gələn şərhlər olub.

“Elə şəkillər olurdu ki, sosial şəbəkəyə yükləməyə çəkinirdim. Yazılan 30 şərhdən 25-i “burnunuzu niyə əməliyyat etmirsiz?” olurdu. Bundan sonra arxayınlıqla fotolarımı paylaşacam. Ötən gün burun əməliyyatı etdirdim (rinoplastika) və liposaksiya etdirdim”.

T-2

T-1