Hərbçilərimiz Almaniyaya gedir

22

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.

XALQ.AZ-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Almaniyanın Hərbi Təhsilə Yardım Proqramına əsasən iyunun 23-dən iyulun 11-dək Hammelburq şəhərində (Almaniya) BMT hərbi müşahidəçiləri kursu keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.