Yay düşərgələri qayıdır

Tehsil

Bu il Gəncədə 9 yay düşərgəsinin təşkili nəzərdə tutulub. Yay düşərgələrində uşaq və yeniyetmələrin dincəlmələri ilə yanaşı, boş vaxtlarını səmərəli keçirmələri üçün də hər bir şərait yaradılacaq.

XALQ.AZ-ın məlumatına görə, Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov AzərTAc-a bildirib ki, Gənclər və İdman Nazirliyinin xətti ilə yaradılacaq bu düşərgələrdə əsasən “Turan” İnkişaf Mərkəzinin müxtəlif bilik yarışmalarında qalib gəlmiş 70 nəfərədək məktəbli dincələcək.

Məktəblilər bu düşərgələrdə müxtəlif mövzularda mühazirələr dinləyəcək, idman oyunlarında, eləcə də intellektual bilik yarışmalarında iştirak edəcəklər.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi digər yaş qrupunda olan uşaqların da yay istirahətini təmin etməyi nəzərdə tutmuşdur.