Tağı Əhmədov xəstəxanaya yerləşdirildi

Bakı Metropoliteininin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb.

XALQ.AZ məlumat verir ki, T.Əhmədovun ayaqları tutulub və Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Onun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub. Hazırda Metropoliteininin keçmiş rəisinin durumunun ağır olduğu bildirilir.

Qeyd edək ki, T.Əhmədov Səbail rayon Yeni Azərbaycan Partiyasının sədridir.