Tahir Quliyev günvurmadan dünyasını dəyişdi

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda çilingər işləyən 59 yaşlı Tahir Quliyev günvurmadan dünyasını dəyişib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.