Nəvəsinə şiddət göstərən qadına cinayət işi açıldı – RƏSMİ + YENİLƏNİB

Sumqayıtda azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib.

O bildirib ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.