Taksim yenə qarışdı

77

 

İstanbulun Taksim meydanında bir araya gələn yüzlərlə gənc parlamentin qərarına qarşı şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri fəalları meydanı tərk etməyə səsləsə də qarşı tərəf buna əhəmiyyət verməyib. Nəticədə təhlükəsizlik qüvvələri meydanları tərk etməyən fəallara qarşı güc tədbiq etmək məcburiyyətində qalıb. Polisin aksiyaya müdaxiləsi isə tərəflər arasında qarşıdurmalara səbəb olub. Qarşıdurmalar zamanı aksiyaçılar daş və yanıcı maddələrlə polisə hücum ediblər. Polis isə gözyaşardıcı qazlar və təzyiqli su şırnaqları ilə aksiyanın qarşısını almağa çalışıb.

Bəzi fəallar isə qarışılıqdan sui istifadə edərək banklara və mağazalara hücum edib, vitrinləri qırıblar. Polisin aksiya zamanı zorakılıq törədən azı 5 nəfəri həbs etdiyi deyilir.

Paytaxt Ankarada da etiraz səsləri ucalıb. 50-ə yaxın fəal hökumətə qarşı etirazlara dəstək olaraq, mərkəzi küçələrdən birində yolu kəsiblər. Fəallar bu dəfə təhlükəsizlik qüvvələri ilə deyil, sürücülərlə üz-üzə gəlib. Nümayiş iştirakçılarının bu hərəkətindən qəəblənən sürücülərlə etirazçılar arasında qarşıdurma yaranıb.

Ötən həftə qəbul edilən qanun layihəsinə əsasən, internet provayderləri istifadəçilərin məxfilik prinsiplərinə əməl etməyən vebsaytlara girişini məhkəmə qərarı olmadan qadağa edə biləcək. Həmçinin, provayderlər istifadəçələrin fəaliyyətinə dair məlumatların hökumət tərəfindən izlənməsini təmin edəcək. Prezident Abdullah Gül bir qədər əvvəl qanu layihəsini dəstəklədiyini və ona görə də təsdiqlədiyini bildirmişdi. Avropa Birliyi parlamentin qərarına etiraz edərək hökmətin bu addımını demokratik prinsiplərə ziddi hesab etmişdi.