Ukraynada yeni prezident təyin edildi

Timoshenko-1

Ukrayna parlamentinin yeni təyin olunmuş spikeri Aleksandr Turçinov ölkə prezidenti səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin edilib. Xalq.az-ın BBC Russian-a istinadən verdiyi məlumata görə, Ali Radada keçirilən səsvermədə Turçinovun namizədliyinə 282 deputat səs verib.

Ehtimal edilir ki, Aleksand Turçinov mayın 25-nə təyin edilmiş yeni prezident seçkilərinədək müvəqqəti Ukrayna prezidenti olacaq.

Turçinov deputatlara dərhal yeni deputat çoxluğunun formalaşmasına dair məsləhətləşmələrə başlamağı və fevralın 25-dən gec olmayaraq hökuməti formalaşdırmağı göstəriş verib.

Harada olduğu məlum olmayan Viktor Yanukoviç isə istefaya getmək niyyətində olmadığını və Ali Radanın ən son qərarlarını qeyri-qanuni hesab etdiyini bəyan edib.