Taleh Qaraşov qəbul keçirib

İyulun 29-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul görüşünü rayonun Siyavər kənd sakinləri ilə keçirib. 

XALQ.AZ xəbər verir ki, səyyar qəbulda İcra aparatının, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbər işçiləri iştirak edib. Səyyar qəbuldan razılıq edən kənd sakinləri onların müraciətlərinə vaxtında baxılmasına, qaldırdıqları məsələlərin yerindəcə araşdırılmasına, problemlərin həllinə görə minnətdarlıqlarını ifadə ediblər.

Hirkan-Mamusta-Siyavar yolunun əsaslı şəkildə təmir olunaraq asfaltlanmasını sevinc hissi ilə qarşılayan sakinlər bu yolun təmirini çoxdan arzuladıqlarını bildirməklə ölkə başçısının ünvanına ən xoş sözlər söyləyiblər. İnzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin kütləvi şəkildə qazlaşdırılmasını, içməli su xəttinin çəkilişini, yeni elektron ATS-in tikilib istifadəyə verilməsini, rabitə xətlərinin əsaslı şəkildə təmir olunmasını dövlətin vətəndaşlarına davamlı diqqəti və qayğısı kimi dəyərləndirilib.

Ərazidə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dəstək, ilk dəfə olaraq 150 hektarda çəltiyin əkilməsi, hallobonq sitrus bağlarının salınması bu qayğının bəhrəsi hesab olunub. İcra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.


 

Orxan