Tamam Cəfərova seçicilərlə görüşdü

Dekabr 7-də Şamaxı rayonunun Nüydü, Adnalı, Çarhan, Sabirli kəndlərində Milli Məclisin deputatı Tamam Cəfərova seçicilərlə görüşüb.

Görüş zamanı kənd sakinlərinin müraciətləri əsasən Çarhan-Nüydü kəndləri arasında olan yol infrastrukturunun yenidən qurulması, içməli su təchizatının yaxçılaşdırılması, məktəb və tibb məntəqəsinin əsaslı təmir olunması, işıq dirəklərinin dəyişdirilməsi ilə əlaqədar olmuşdur.

Seçicilərin hər birinin qaldırmış olduqları problem və təklifləri diqqətlə dinlədik və səlahiyyət çərçivəmiz daxilində məsələlərin müsbət həllinə çalışacağımızı onların diqqətinə çatdırdıq deyə millət vəkili qeyd edib.