Tanınmış jurnalistə ağır itki

Jurnalist

Ayaz Nizamioğlunun azyaşlı övladı eyvandan yıxılaraq dünyasını dəyişib

 

Dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb!
Bu gün Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər.
Şənbə günü Bakıda yas mərasimi olacaq.
Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.
Allah rəhmət eləsin!