Tbilisidə Azadlıq meydanında kütləvi aksiya keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisidə keçmiş Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək.

  “Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da Azadlıq meydanında təşkil olunacaq.

Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.

Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.