Tofiq Bəhrəmov ingilislərin məzəli klipində (VİDEO)

Dünyanın tanınmış Goal.com saytı İngiltərə yığması ilə bağlı maraqlı animasiya çarxı hazırlayıb.

XALQ.AZ-ın məlumatına görə, çarxda ingilis futbolçuların Dünya Çempionatlarındakı oyunlarında başlarına gələn hadisələr əks olunub. Azərbaycanlı hakim Tofiq Bəhramovun da yer aldığı videoda 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalındakı qərarı əks olunub. Animasiyada İngiltərə komandasının lehinə qərar verən T. Bəhramov Uembley stadionunna toplaşmış 98 min azerkeşi sevindirir.

Çarxda Maradonanın 1986-cı ildə İngiltərə qapısına əl ilə vurduğu qol da yaddan çıxmayıb. Videoda Argentinalı “Tanrının əli” adlandırdığı qolu vurduqdan sonra özünü mələk kimi göstərir.