Tokio-2020: Zöhrə Ağamirova 18-ci yeri tutub

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub.

XALQ.AZ xəbər verir ki, 4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı idmançı ilk “10-luq”dan kənarda qalıb. O, halqa ilə çıxışda 23,000 xalla 16-cı, topla 23,400 xalla 17-ci, lentlə 19,900 xalla 15-ci, gürzlə isə 21,500 xalla 21-ci yeri tutub.

Qeyd edək ki, final mərhələsi avqustun 7-də olacaq.

12:45
Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı idmançı ilk “10-luq”dan kənarda qalıb. O, hazırda 11-ci yerdə olsa da, digər bədii gimnastlar çıxışlarını davam etdirdiklərindən daha aşağı mövqelərə də enə bilər.

12:17
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında sonuncu çıxışını edib.

20 yaşlı idmançı bu dəfə gürzlə hərəkətlərdə bacarığını nümayiş etdirib.

Hakimlərdən 21.500 xal alan Ağamirova 4 hərəkətin cəmində xallarını 87.800-ə çatdırıb. O, hələlik bu növdə 14-cü, 4 hərəkətdən sonra ümumi sıralamada isə 5-ci pillədə qərarlaşıb.

10:24
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını başa vurub.

20 yaşlı idmançı bu dəfə lentlə hərəkətlərdə bacarığını nümayiş etdirib.

Hakimlərdən 19.900 xal alan Ağamirova hələlik bu növdə birincidir. O, 3 hərəkətdən sonra ümumi sıralamada isə 5-ci pillədə qərarlaşıb.

09:00
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparır.

20 yaşlı idmançı topla hərəkətlərdə 23,400, halqa ilə çıxışında isə 23.000 xala layiq görülüb.

O, hazırda 46,400 xalla 26 idmançı arasında 15-ci pillədə qərarlaşıb.

Gimnast lentlə və gürzlərlə də bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.

07:43
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını bitirib.

20 yaşlı idmançı halqa ilə hərəkətlərdə 23,000 xala layiq görülüb.

Ağamirova daha əvvəl topla çıxışında 23,400 xal qazanıb. O, hazırda 46,400 xalla 5-ci pillədə qərarlaşıb.

Gimnast lentlə və gürzələrlə də bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.

05:59
Azərbaycanın bədii gimnastiı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

20 yaşlı idmançı ilk olaraq topla öz çıxışını təqdim edib.

O, birinci cəhdində 23,400 xala layiq görülüb.

Ağamirova daha sonra halqa ilə, lentlə və gürzələrlə bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək.