“Toppuş bacı”əməliyyat olunub

5

 

 

Əməkdar artist Tünzalə Əliyeva əməliyyat olunub.

Əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyən aktrisa arıqlamaq məqsədilə bıçaq altına düşdüyünü bildirib.

Publika.az-ın məlumatına görə, aktrisanın mədəsinin üçdə iki hissəsi kəsilərək götürülüb:

“Anama dedim bu, sonuncudur. Ancaq sonuncu deyil. Arıqlayandan sonra daha bir əməliyyat keçirəcəyəm”.

Aktrisa istədiyi formaya nail olandan sonra əməliyyatlara son verəcəyini deyib.