“Törədilən təxribatlar Azərbaycanın yaratdığı sülh reallıqların qarşısını almaq məqsədi daşıyır” Deputat

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, törədilən hər təxribat ermənilərin nə qədər saxta və terrorçu millət olduğunu sübut edir:

“Üçtərəfli bəyanatın imzalanmasından üç ilə yaxın vaxt keçsə də Ermənistan rəhbərliyi düşmənçilik niyyətindən və təxribatçı addımlarından əl çəkmək istəmir. Bu gün Ermənistan növbəti dəfə təxribata əl ataraq “DJI Mavic 3″ kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Ordumuzun sayıqlığı nəticəsində Ermənistanın növbəti təxribatının qarşısı alınıb. Bugünkü təxribat bir daha sübut edir ki, Ermənistanın daxilində və xaricində regionda sülhün bərqərar olunmasına maneə olan qüvvələr var. Məqsəd də məlumdur. Bütün bu təxribatların törədilməsinin əsil səsbəbi sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdır”.

Deputat vurğulayıb ki, Ermənistan gec-tez bizim diqtəmizlə hazırlanan sülh müqaviləsini imzalamalı olacaq. Ermənistan hökuməti bilməlidir ki, bütün bu təxribatları ilə bizim səbrimizi daşırmaq üzrədir və regionda vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələr də öz arzularını reallaşdıra bilməyəcək. Yaxşı olar ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətini xatırlayıb, təxribatlarına son qoysun. Ermənistan təxribatlarına davam edirsə növbəti dəfə “dəmir yumruğu”muzu öz başında hiss edəcək”.