Tovuz sular altında

SSSS

Hazırda Tovuzun kəndlərində güclü sel və daşqınlar müşahidə olunur.

Sakinlərin verdikləri məlumata görə, bir saata yaxındır ki, rayonun Qovlar qəsəbəsinə, İbrahimhacılı, Yanıxlı, Aşağı Eyyublu, Köhnəqala və Məşədilər kəndlərinə şiddətli yağış yağır.

Şimşək və ildırımla müşahidə olunan yağış adları çəkilən kəndlərdə sel daşqınlarının yaranmasına səbəb olub.

Kəndlərdə olan çaylar daşaraq insanların evlərinə daxil olub. Sakinlərin bildirdiklərinə görə sel dağda olan mal-qaranı da ağuşuna alıb.

Hadisə zamanı kənd sakinlərinin xəsarət alması barəsində məlumat verilmir.

Rayonun kəndlərinə elektrik enerjisinnin verilməsi dayandırılıb.

Hazırda sel davam edir.