Tovuzda erməni tutuldu

Tovuz

Tovuz rayonununda Ermənistan vətəndaşı tutulub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənini rayonun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu saxlayıb.

Məlumata görə, tutulan erməni 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğludur. Onun Tovuz rayon polisinə təslim edildiyi bildirilir.

Fakt Tovuz Rayon Polis bölməsindən təsdiqlənib.