Milli Park yenə yanır

Yandi

Bu dəqiqələrdə Hirkan Milli Parkında güclü yanğın başlayıb. XALQ.AZ-ın məlumatına görə, yanğın güclü olduğundan ora çoxsaylı yanğınsöndürən, xilasedici cəlb olunub.

Hadisə yerinə Lənkəran, Liman, Astara rayonlarından 7 yanğınsöndürən göndərilib. Lakin yanğının miqyasını və güclü olmasını nəzərə alaraq, Biləsuvar və Cəlilabad rayonlarından da əlavə yanğınsöndürən qüvvə vəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində çalışılır.

Qeyde dək ki, adıçəkilən parkda ötən ayda yanğın baş verib. Yanğının qarşısını almaq üçün yanğınsöndürənlər bir necə gün işləməli olublar.