Fəhlə faciəvi şəkildə öldü

Fehle

Bakıda bədbəxt hadisə nəticəsində fəhlə ölüb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, evdə təmir işləri aparan Xaçmaz rayon sakini Məmmədtağı Rəcəbov elektrik cərəyanı vurub.

Ağır xəsarətlər alan Məmmədtağı Rəcəbov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.