Tovuzda yeni gərginlik

Tovuz

Tovuzun Ermənistanla sərhəddə yerləşən kəndlərində vəziyyət kəskinləşib. Rayon sakinlərinin verdikləri məlumata görə, hazırda ən gərgin vəziyyət rayonun Əsirik kəndi ərazisində müşahidə olunur. Kəndin üzərindən hərbi helikopterlər uçur.

Sakinlərin bildirdiyinə görə, erməni diversant qrupu kənddin yaxınlığındakı hərbi posta hücuma cəhd edib.

Bu gecə Tovuzda atəşkəsin pozulmasını təsdiq edən Müdafiə Nazirliyindən isə verilən məlumatın həqiqətə uyğun olmadığını bildiriblər:
“Atəşkəs rejiminin pozulması haqqında məlumat Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib”.

Əlibəyli Kənd İcra Nümayəndəliyindən isə ANS PRESS-ə bildiriblər ki, ermənilərin layiqincə cavabı verilir: “Bir güllə atdılar. Cavablarını da aldılar”.