Azərbaycanda yeni körpü (XƏRİTƏ)

Korpu

Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9 km-də, Şirvan şəhəri ərazisində Kür çayı üzərində yeni körpünün tikintisinin son tamamlanma işləri (yanaşma yollarında aşırmaqatlarının vurulması) gedir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bununla əlaqədar həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, tikinti işlərilə əlaqədar yol iyulun 18-dən 20-nə kimi bağlı olacaq.

Bu səbəbdən “Azəryolservis” əhalidən həmin yola alternativ olan ərazilərdən istifadə etməyi xahiş edir.

Korpu