Tovuzda yol qəzası ölümə səbəb oldu

Tovuz

Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə avqustun 21-də saat 22 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini Namiq Abbasovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini Cəfər Əlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşması nəticəsində N.Abbasov hadisə yerində ölüb.

Qeyd edək ki, Tovuz RPŞ tərəfindən faktla bağlı araşdırma aparılır.