Toy keçirilən restoran Əliağa Hüseynovundur -Fotolar

Xəbər verdiyimiz kimi ötən gün Bakıda şadlıq evində toy məclisi keçirənlər saxlanılıb. 

XALQ.AZ xəbər verir ki, Yasamal rayonunda yerləşən “Atlantis” restoranının “Euphoria” musiqi zalında xüsusi karantin rejiminin qaydaları pozularaq toy məclisi təşkil olunub. 

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb.

XALQ.AZ-a araşdırma apararaq məlum olub ki, toy məclisi keçirilən restoran keçmiş Milli Məclisin deputatı Əliağa Hüseynova məxsusdur.

Restoran Əliağa Hüseynovun oğlu tərəfindən idarə olunduğu bildirilir.

Qeyd edəki, V çağırış Milli Məclisin deputatı olmuş, general Əliağa Hüseynov keçmiş baş hərbi komissar,və Salyan rayonun icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Eks deputat Əliağa Hüseynov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla quda olduğu bildirilir.