Toyda polisi döydülər

103

Balakəndə toyda qalmaqal baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, gecə saat 22:45 radələrində Balakən şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy mərasimində yaranan dava nəticəsində iki nəfər xəsarət alıb.

Xəsarət alanlar 1987-ci il təvəllüdlü Məhəmməd Əli oğlu Kiriyev və 1979-cu il təvəllüdlü Telman Rauf oğlu Soltanov xəsarətlə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta-stabil hesab olunur.

Davada xəsarət alan Əli Kiriyev Balakən rayon polis şöbəsində polis serjantıdır.
İlkin ehtimala görə, dava toyda şəxsi münasibətlər zəminində yaranmış mübahisə zəminində yaranıb.

Faktla bağlı araşdırma aparılır.