Hərbçilərimiz təlimdə iştirak edəcək

herb

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 5-dən 13-dək Finlandiyanın Ekenas şəhərində Böhranların idarə edilməsi üzrə çoxmillətli NOCO 2014 təlimi keçiriləcək.

Qeyd edək ki, sentyabrın 1-dən 5-dək Almaniyanın Oberammerqau şəhərində Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, Ştutqart şəhərində (Almaniya) Hüquq üzrə 7-ci beynəlqalx konfrans, sentyabrın 12-dək isə Türkiyənin Ankara şəhərində Kiber müdafiə üzrə təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.