TQDK yeni sistem yaradıb

06

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə “Nəzarətçilərin elektron qeydiyyatı sistemi” yaradılıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sistemdə zal nəzarətçilərinin qeydiyyatının müvafiq təhsil müəssisəsinin özü tərəfindən internet vasitəsi ilə aparılması nəzərdə tutulur.

Bu sistem vasitəsilə ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud nəzarətçilər bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri məlumatlarını dəqiqləşdirir və yeni nəzarətçilərin qeydiyyatını aparır.

İnternet proqramının öyrənilməsi üçün “Elektron qeydiyyat sistemindən istifadə qaydaları” mövzusunda qrafikə uyğun olaraq treninqlər keçirilir.