Trend Agentliyinin baş direktor müavini koronavirusdan vəfat etdi

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Elxan Ələsgərov koronavirus infeksiyasından dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu barədə agentliyin əməkdaşları bildiriblər.

Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı şəhər 150 saylı orta məktəbi bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb.
“Azon” elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışıb.
1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr “Dostluq” Cəmiyyətində, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədr müavini vəzifəsinə işləyib.
Qarabağ müharibəsinin iştirakçısı, hərbi rütbəsi polkovnikdir.
“Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
2000-2015-ci illərdə Xarici İşlər Nazirliyi sistemində çalışıb.
Politoloq kimi də fəaliyyət göstərən Elxan Ələsgərov Trend İnformasiya Agentliyinin baş direktorun müavini və “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəri idi. 

Allah rəhmət eləsin..