Tünzalə Ağayeva çağırış etdi (VİDEO)

Vətənpərvərlik ruhunda olan mahnıları ilə yadda qalan əməkdar artist Tünzalə Ağayeva yeni mahnısını təqdim edib.

XALQ.AZ-ın məlumatına görə, “ASAN Xidmət” könüllülərinin təşəbbüsü ilə vətənpərvərlik mövzusunda hazırlanan “Qarabağın səsi” adlı mahnını müğənni sosial şəbəkədə izləyicilərinin ixtiyarına buraxıb. İfaçı bundan əlavə olaraq: “Bu çətin vaxtda hamımız üçün “Qarabağın səsi” əsəri çağırış olacaq. Ümidvaram ki, vətənini sevən hər kəs bu musiqini sevəcək” şərhini bildirib.

Klip erməni vəhşiliklərini əks etdirən fotolar əsasında hazırlanıb.

Qeyd edək ki, “Qarabağın səsi” adlı mahnının musiqisi əməkdar artist Tünzalə Ağayevaya, sözləri Cəlal Qurbanova aiddir.