Turistləri aparan avtobus qəzaya uğradı – Şamaxıda

Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Avtobusda olan sərnişinlərə tibbi yardım göstərmək üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. /Unikal.az