Türk pilotlar girovluqdan azad edildi

 

10

Rəcəb Tayyib Ərdoğan onları hava limanında qarşılayıb.

“İmam Rzanın ziyarətçiləri” adlı təşkilatın silahlı şəxsləri tərəfindən qaçırılan pilotlar Murat Akpınar ilə onun köməkçisi Murad Ağça sərbəst buraxılıb.

 

İstanbulun Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandıran Murad Akpınar bildirib ki, girov götürüləndən sonra əvvəllər onlar üçün çətin olub: “Bir ay cox çətin oldu. 15 gün günəş üzü görmədik. Birinci həftə bizi hava limanının yaxınlığında saxladılar. Təyyarə səsləri eşidirdik.” Murad Ağca isə yaşadıqları çətinlikləri heç kimə arzulamadıqlarını deyib.

Qeyd edək ki, pilotlar Türkiyəyə xüsusi təyyarə ilə gətirilib. Pilotları qarşılamaq üçün hava limanına gələnlər arasında baş nazir Rəcəb Tayyib Ərdoğanda olub. Ərdoğan burda pilotlar və onların ailələri ilə görüşüb.

Xatırladaq ki, İstanbul-Beyrut reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarənin pilotları avqustun 9-da otelə gedən zaman qaçırılmışdı.