Türkiyə parlamentinin spikeri Bakıya səfər edəcək

Türkiyə Parlamentinin spikeri Mustafa Şentop Bakıya səfər edəcək.

XALQ.AZ Türkiyə parlamentindəki mənbəyə istinadən verdiyi məlumata görə, M.Şentopun Bakıya səfəri 18-19 dekabrda baş tutacaq.

Məlumatda deyilir: “M.Şentop Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu iclasında iştirak edəcək”.

Qeyd edilib ki, Türkiyə Parlamentinin spikeri Bakıya səfəri çərçivəsində Azərbaycanın rəsmiləri ilə görüşlər keçirəcək.

XALQ.AZ