Türkiyədə fırtına dağıntılar törədib

Firtina

Türkiyənin İstanbul şəhərində fırtınalı hava müşahidə olunub.

XALQ.AZ-ın məlumatına görə, şiddətli küləklər şəhərin müxtəlif yerlərində fəsadlar törədib. Fırtına, əsasən, Taksim, Üsküdar, Qartal və Məcidiyəköydə təsirli olub. Taksimdə təmir olunan binanın fasad örtüyü çöküb. Hadisə zamanı 2-si ağır olmaqla 6 nəfər xəsarət alıb.

Üsküdarda ağaclar aşaraq avtomobillərə və elektrik şəbəkələrinə zərər vurub. Ağaclardan biri avtobusun üzərinə düşsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Şiddətli küləklər, yolkənarlarında dayanacaqların tavanlarını qoparıb. Tikinti sahəsində qaldırıcı kran aşıb. İnşaat sahələrindən birində fırtına ilə əlaqədar baş verən qəza zamanı 2 nəfər yaralanıb.

Ölkənin meteorologiya xidməti küləyin sürətinin saatda 90 kilometrə çatdığını məruz edib.

Şiddətli küləklər, eyni zamanda, təyyarələrin də enmə-qalxma əməliyyatında çətinlik törədib. Atatürk hava limanında təyyarələr enmə əməliyyatını yerinə yetirmək üçün bəzən bir neçə dəfə dövrə vurmalı olublar. Pis hava şəraiti ilə əlaqədar bəzi relslər digər hava limanlarına yönləndirilib.