Türkiyədə hərbçilərin olduğu avtobus qəzaya düşüb, 3 nəfər ölüb

Türkiyədə hərbçi və qaçqınları daşıyan avtobus qəzaya düşüb.

Xalq.az-ın haberler.com-a istinadən xəbərinə görə, Qaziantepdən Ədirnəyə hərəkət edən avtobus Tarsus-Pozantı şosesində yük avtomobili ilə toqquşub.

Nəticədə 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Qəzadan sonra avtobus yanmağa başlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın qısa zamanda söndürülüb.

Araşdırma aparılır.