Türkiyədə lift faciəsi: 10 ölü

Lift

Türkiyədə inşaat işləri davam edən binaların birində işçi qəzası baş verib.

XALQ.AZ-ın məlumatına görə, İstanbulun Məcidiyəköy rayonunda “Ali Sami Yen” stadionu ərazisində inşa edilən binalaların birində qurulun lift 32-ci mərtəbədən yerə çırpılıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən fəhlələrin sayı 10-a çatıb, qəzada ölənlərin sayının artıb-artmayacağı bəlli deyil. Bu barədə İstanbul şəhər meri Hüseyn Avni Mutlu açıqlamasında bildirib.

H.A.Mutlu həmçinin qeyd edib ki, baş verən hadisəyəyə görə məsuliyyət daşıyan insanlar haqqında cinayət işi açılıb və 8 nəfər məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.