Türkiyədə yenə mədən qəzası

 

20

Türkiyədə kömür mədənində qəza baş verib. Uçqun altında 15 nəfər qalıb.
XALQ.AZ  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Bartın vilayətində özəl mədənlərdən birində uçqun baş verib.

Hadisə nəticəsində 15 nəfər çöküntü altında qalıb. Onlardan 13-ü Çin, 2-si isə Türkiyə vətəndaşıdır. Hazırda xilasetmə işləri davam edir.

Qeyd edək ki, Türkiyədə son zamanların ən faciəli mədən qəzası baş vermişdi. Somada baş verən faciədə 300 nəfərdən artıq mədənçi ölmüşdü.