Türkiyədəki zəlzələdə həlak olanların sayı 44-ə çatıb

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 44-ə çatıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirilib.

Son məlumatlara əsasən, xəstəxanalarda müalicə alan 896 vətəndaşdan 667-i evə buraxılıb, 229 nəfərin müalicəsi davam edir.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.