Türkiyəli məşhur aparıcısı koronavirusdan sağaldı

Koronavirusa yoluxmuş türkiyəli aparıcı Esra Balamir sağalıb.

 XALQ.AZ xəbər verir ki, o, bunu sosial şəbəkə vasitəsilə bildirib.

Məlumata görə, hər həftə koronavirus testindən keçən aparıcının bu dəfəki nəticəsi neqativ çıxıb.

Qeyd edək ki, aprelin 4-də jurnalist Bilal Özcan Esra Balamirin koronavirusa yoluxduğunu açıqlamışdı.