“Üç badam, bir qoz”un qala-gecəsi

UC BADAM

“Üç badam, bir qoz” komediya filminin qala-gecəsi keçirilib.

XALQ.AZ-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan mərasimdə filmin yaradıcı heyəti, eləcə də sənət aləminin tanınmış simaları iştirak ediblər.

Filmdə Mənsur Şərif, Altun Mətləboğlu, Rəsul Abbasov və Sabir Samiroğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə rol alıblar.

Ekran işinin rejissoru Rəfail Bağırov, rejissor köməkçisi isə Nicat Zeynalovdur.

Film nümayiş olunduqdan sonra aktyorlar “Üç badam, bir qoz”un ikinci hissəsini lentə alacaqlarını bildiriblər.