Ucarlılar seçkilərdə fəal iştirak edib

 

44

Oktyabrın 9-da səhər tezdən böyük qələbəlik hökm sürən Ucar rayonunda səsvermə kampaniyası müvəffəqiyyətlə başa çatmışdır.
91 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının sədri Abdulrəzaq Abbasovun AzərTAc-a verdiyi məlumata görə, 40 seçki məntəqəsi üzrə səsvermədə 30574 nəfər, yeni cəmi seçicilərin 75,2 faizi səs vermişdir. Hər yerdə səsvermə seçicilərin fəallığı şəraitində, azad və şəffaf keçmişdir. 10 məntəqədə veb-kamera quraşdırılmışdır. Səsvermənin gedişini beynəlxalq müşahidəçilər, eyni zamanda, 417 nəfər yerli müşahidəçi izləmişdir.
Dairə üzrə heç bir məntəqədə ciddi qanun pozuntusu və ya hər hansı bir insident qeydə alınmamışdır.