Ukrayna aviatexnikasını vuran ruslar özləri YARALANDI

Rusiyanın Ukrayna Silahlı Qüvvələrinə məxsus aviatexnikanı vurması nəticəsində 3 rus hərbçisi ölümcül şəkildə yaralanıb.

Xalq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Sarataov vilayətinin Engels aerodromu yaxınlığında baş verib.

Belə ki, Ukraynaya məxsus uçan aparat Rusiya tərəfindən vurulub. Aviatexnikanın yerə çırpılması zamanı ərazidə olan 3 rus hərbçisi ölümcül şəkildə xəsarət alıb.

Hadisənin detalları araşdırılır.